Geri qayıt Çap et

25 ilin sirri açıldı – Qadın qətlinə görə şəxs saxlanıldı

Bakıda 25 il əvvəl qadının qətlə yetirilməsi ilə bağlı axtarışda olan şəxs saxlanılıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanın qətlini törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.

Qətli törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Denmedia.az