Geri qayıt Çap et

İrandan Azərbaycana narkotik keçirmək istədilər – Qarşısı alındı

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Oktyabrın 18-də keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Denmedia.az