Geri qayıt Çap et

Şirvanda müəmmalı bıçaqlanma: 18 yaşlı gənc yaralandı

Şirvanda 18 yaşlı gənc bıçaqlanıb.

Denmedia.az apa-ya istinadla xəbər verir ki, Şirvan sakini, 2008-ci il təvəllüdlü Əli Əhədov sağ bud nahiyəsinin kəsilmiş yarası ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.