Geri qayıt Çap et

Bakıda məktəbli sinif yoldaşını öldürdü

Bakıda qətl hadisəsi olub.

Denmedia.az apa-ya istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində baş verib.

Orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan şagird sinif yoldaşını bıçaqlayaraq öldürüb.

Əldə etdiyimiz xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.

Araşdırma aparılır.