Geri qayıt Çap et

Ağstafada qətl: 33 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Ağstafada qətl hadisəsi baş verib. 

Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü R.İsmayılov bıçaqlanaraq qətlə yetirilib.

Araşdırmalar zamanı R.İsmayılovun aralarında yaranan mübahisə zamanı S.Şükürov tərəfindən bıçaqlanaraq öldürüldüyü müəyyən edilib.