Geri qayıt Çap et

Ağdam sakinindən 8 kiloqramdan artıq narkotik götürüldü

Ağcabədi rayonunda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Denmedia.az-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini E.Məmmədov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, E.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.