Geri qayıt Çap et

Ucarda 61 yaşlı kişinin həyətindən 140 narkotik kolu tapıldı

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən 61 yaşlı Telman Hüseynov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Denmedia.az-a verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş şəxsin yaşadığı evin həyətindən 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.