Geri qayıt Çap et

Həyətdə xüsusi üsulla yetişdirilən 55 kol – Sabirabadda saxlanılan var

Sabirabadda yaşadığı evin həyətində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə 47 yaşlı Tarıyel Qasımov saxlanılıb.

Onun yaşadığı evin həyətinə baxış zamanı aqrotexniki qulluq üsullarından istifadə edilməklə yetişdirilmiş 55 kol narkotik tərkibli bitki aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Denmedia.az