Geri qayıt Çap et

Ağdamda qətl: 57 yaşlı kişi kürəkəni tərəfindən bıçaqlandı

Ağdam rayonunda qətl hadisəsi baş verib.

Denmedia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, qəsəbə sakini, 1969-cu il təvəllüdlü Zakir Cəlal oğlu Hüseynov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bıçaqlanıb.

Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində həyatını itirib.

Qətli törətməkdə şübhəli bilinən onun kürəkəni, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.