Geri qayıt Çap et

Kaliforniyada şənlikdə atışma: Bir nəfər öldü, altı nəfər yaralandı

ABŞ-ın Kaliforniya ştatında keçirilən şənlik zamanı baş verən atışma nəticəsində bir nəfər ölüb, daha altı nəfər yaralanıb.

Bu barədə Santa-Klara dairəsi şerifinin ofisi məlumat yayıb.

Yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs hələlik saxlanılmayıb.

“Los Angeles Times”ın məlumatına görə, tədbirdə 300-dən çox insan iştirak edib. Şənliyin rəsmi icazə olmadan təşkil edildiyi və sosial şəbəkələrdə reklam olunduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Denmedia.az