Geri qayıt Çap et

Şəmkirdə faciənin pərdəarxası: 16 yaşlı qız bacısını niyə öldürdü? - VİDEO

Şəmkir rayonunda 12 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Denmedia.az xəzər.tv-yə istinadən xəbər verir ki, istintaq zamanı Əfsanə Novruzovaya aralarında yaranmış mübahisə zamanı 16 yaşlı bacısı Səma Rəhimovanın üç bıçaq zərbəsi endirdiyi müəyyən edilib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən S.Rəhimova saxlanılıb.

Qızların babası hadisə barədə danışarkən bildirib ki, nəvəsinin itkin düşməsindən dərhal sonra onu axtarmağa başlayıblar.

“Onu evin arxasında ölü tapdılar. Sonradan məlum oldu ki, bunu bacısı edib. O, özü bu barədə polisə məlumat verib. Aralarında mübahisənin olub-olmadığını bilmirəm”, – deyə o bildirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.