Geri qayıt Çap et

Mehdiabadda kişini başından vurub öldürdülər

Abşeronda müəmmalı ölüm hadisəsi baş verib.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Namiq Əmrah oğlu Nuruşovun meyiti tapılıb.

İlkin müayinə zamanı onun baş nahiyəsində xəsarətlər aşkar edilib.

Araşdırmalar Abşeron rayon prokurorluğu tərəfindən aparılır.