Geri qayıt Çap et

Ağcabədidə ər-arvad bıçaqlanaraq xəstəxanaya yerləşdirildi

Ağcabədi rayonunda qadın və həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıblar.

DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Ağabəyli kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev və həyat yoldaşı - 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya əməliyyat olunublar.

İlkin ehtimala görə, Ə.Ağayev əvvəlcə arvadı M.Ağayevanı bıçaqlayıb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.