Geri qayıt Çap et

35 yaşlı basketbolçu başından vurularaq həyatını itirdi

Amerikalı basketbolçu Kaynu Roçford Nyu-Yorkda keçirilən turnir zamanı güllələnərək öldürülüb.

Bu barədə “New York Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, idmançı oyunlar arasındakı fasilə zamanı baş nahiyəsindən ölümcül güllə yarası alıb.

Polis hadisə nəticəsində daha iki nəfərin də yaralandığını bildirib.

Kaynu Roçfordun 35 yaşı olub. O, peşəkar karyerası ərzində Niderland, İsrail, Fransa, İsveçrə, Böyük Britaniya və digər ölkələrin klublarında çıxış edib.

DenMedia.az