Geri qayıt Çap et

Biləcəridə marketdə bıçaqlanma

Binəqədi rayonu, Biləcəri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə qəsəbənin Əkbər Şadmanov küçəsində yerləşən “Turan” marketdə qeydə alınıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.

Hazırda onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

DenMedia.az