Geri qayıt Çap et

Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı

Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb.

DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 2010-cu il təvəllüdlü Ə.S. bud nahiyyəsindən bıçaq yarası alıb.

Onun həmyaşıdı A.A. hadisəni törətməkdə şübhəli bilinir. Yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.