Geri qayıt Çap et

Çay kənarında narkotik plantasiyası: 61 yaşlı şəxs həbs edildi - VİDEO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Həzrətəli Abdullayevin meşəlik ərazidə, çayın sahilində əkdiyi çətənə kolları aşkar edilib.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə xüsusi aqrotexniki qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Həzrətəli Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma davam etdirilir.

DenMedia.az