Geri qayıt Çap et

27 yaşlı MMA döyüşçüsü Şıx çimərliyində ölü tapıldı

Bakıda çimərlik ərazisində MMA döyüşçüsü və məşqçi Sərxan Vəliyevin meyiti tapılıb.

DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yardımlı rayonundan olan 27 yaşlı Sərxan Yadigar oğlu Vəliyevin meyiti ötən gün saat 19:00 radələrində Şıx çimərliyinin ərazisindəki konteynerdə aşkarlanıb.

Peşəkar idmançının ölüm səbəbi və hadisənin detalları hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.