Geri qayıt Çap et

Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlamaqda şübhəli bilinir

Sumqayıtda tanışına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən 18 yaşlı qız saxlanılıb.

DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə münaqişə zəminində baş verib. İlkin məlumata görə, yerli sakin G.A. 20 yaşlı G.B.-yə bıçaq xəsarəti yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.