Geri qayıt Çap et

Narkotik əməliyyatı zamanı Pikassonun milyonluq əsəri tapıldı

Fransanın Val-de-Marn departamentində narkotik ticarətinə qarşı keçirilən əməliyyat zamanı polis Pablo Pikassoya məxsus rəsm əsəri aşkarlayıb. Bu barədə “Actu7” məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları əvvəlcə qadağan olunmuş maddələrin axtarışı üçün əməliyyat keçirib. Lakin axtarış zamanı ispan rəssamın qiymətli əsəri tapılıb.

Söhbət Pikassonun Mariya-Tereza Valterin portretindən gedir. Əsərin orijinallığının təsdiqləndiyi, dəyərinin isə 12-15 milyon dollar arasında qiymətləndirildiyi bildirilir.

Hadisə ilə bağlı prokurorluq rəsm əsərinin oğurlanması və gizlədilməsi maddələri üzrə cinayət işi açıb. Araşdırma çərçivəsində 3 şübhəli şəxs saxlanılıb.

DenMedia.az