Geri qayıt Çap et

Ramanada dəhşətli hadisə: keçmiş arvadını və qayınanasını öldürən kişi özünə qəsd etdi

Bakının Ramana qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.

Yerli KİV-lərin məlumatına görə, Şəki rayonunun Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradəni öldürüb.

Hadisədən sonra kişi intihar edib.

Faktla bağlı araşdırma aparılır, baş verən hadisənin bütün halları müəyyənləşdirilir.

DenMedia.az