Geri qayıt Çap et

Bakıda restoranda gödəkçənin cibindən 5 min dollar oğurlandı

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən şəxs polisə müraciət edərək naməlum şəraitdə gödəkçəsinin cibindən 5 000 ABŞ dolları nağd pulun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxsin əvvəllər məhkum olunmuş 35 yaşlı kişi olduğu bildirilib.

Araşdırma zamanı məlum olub ki, o, pulu zərərçəkənin restoranlardan birinin qarderobunda saxladığı gödəkçəsinin cibindən oğurlayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

DenMedia.az