Geri qayıt Çap et

Ramana qəsəbəsində qayınata gəlinini qətlə yetirdi

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb.

Adıgözəl Məmmədov saxlanılıb.