Geri qayıt Çap et

Vaşinqtonda Ağ Ev ətrafında təşviş: atəş səsləri eşidildi

Vaşinqtonda Ağ Evin qarşısında atəş səsləri eşidilib, jurnalistlərə press-brifinq zalında sığınmaq tapşırılıb.

ABC News-un müxbiri Selina Vanq yazıb ki, binada olarkən çoxsaylı atəş səsləri eşidib. Bundan sonra mətbuat nümayəndələrinə brifinq zalına qaçmaq göstərişi verilib.

“Biz Ağ Evdə olarkən çoxsaylı atəş səsləri eşidilirdi. Bizə press-brifinq zalına qaçmağı dedilər”, — deyə Vanq yazıb.

NBC jurnalisti Culi Tsirkin də bu məlumatları təsdiqləyib və eşidilən atəş səslərinin sayını dəqiqləşdirib.

“Ağ Evin qarşısında atəş səsləri eşidildi. Təxminən 20-30 atəş”, — deyə o əlavə edib.

DenMedia.az