Geri qayıt Çap et

Goranboyda dəhşətli hadisə: kişi həyat yoldaşını qətlə yetirdi

Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır hadisə baş verib.

Bu barədə DenMedia.az ajans.az-a istinadən xəbər verir.

Məlumata görə, rayon sakini 1992-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi avtomobillə boşanma prosesində olduğu həyat yoldaşı 2003-cü il təvəllüdlü Sevinc Məmmədovanın avtomobili ilə qəsdən toqquşub.

Hadisədən sonra qadına hücum edilib və Sevinc Məmmədova aldığı xəsarətlərdən həyatını itirib.

Avtomobildə olan Sevinc Məmmədovanın ögey anası, 1974-cü il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Xudenko da hadisə nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.