Geri qayıt Çap et

Texasda yük vaqonundan 6 meyit tapıldı

ABŞ-ın Texas ştatının Laredo şəhərində dəmiryolu stansiyasında yük vaqonunda altı nəfərin meyiti tapılıb.

Bu barədə The New York Times məlumat yayıb.

Polis hadisə ilə bağlı dərhal araşdırmalara başlayıb.

Hazırda ölən şəxslərin kimliyi və ölüm səbəbi məlum deyil.

Hüquq-mühafizə orqanları hadisənin bütün detallarını araşdırır.

Qeyd olunur ki, Laredo şəhəri ABŞ-Meksika sərhədində yerləşir və bölgədə əvvəllər də oxşar hadisələr qeydə alınıb.

DenMedia.az