Biləsuvar rayonunun Bağbanlar kəndində məişət zəminində insident baş verib.
DenMedia.az Teleqraf-a istinadən xəbər verir ki, ailə münaqişəsi zamanı qadın ərinə bıçaq xəsarəti yetirib.
Məlumata görə, 1970-ci il təvəllüdlü Balağaşan Ağahüseyn oğlu Ağayev rayon xəstəxanasına çatdırılıb.
Zərərçəkənə tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.