Geri qayıt Çap et

Göygöldə toy məclisində dava: iki qardaş bıçaqlandı

Göygöldə toyda iki qardaş bıçaqlanıb.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.