Geri qayıt Çap et

Goranboyda gənc oğlanın meyiti tapıldı

Goranboy rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Kənd sakini, 2004-cü il təvəllüdlü T.Məmmədovun meyiti yaşadığı evin həyətində yaxınları tərəfindən tapılıb.

İlkin məlumata əsasən, ölümün səbəbi hələlik məlum deyil.