Geri qayıt Çap et

Bakıda iki nəfərin bank kartından pul oğurlandı

Bakıda iki nəfərin bank kartlarından vəsait oğurlanıb, nəticədə ümumi zərər 1150 manat təşkil edib.

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən şəxslər — 25 yaşlı T. Sayılov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ. Novruzov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DenMedia.az