Geri qayıt Çap et

ABŞ-da ticarət mərkəzində atışma - 10 yaralı

ABŞ-ın Luiziana ştatının Baton-Ruj şəhərində yerləşən ticarət mərkəzində atışma baş verib.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Bildirilir ki, silahlı şəxs hələ saxlanılmayıb.

Baton-Ruj meri Sid Edvards qeyd edib ki, bütün yaralılar xəstəxanalara çatdırılıb, ticarət mərkəzinin ziyarətçiləri isə təxliyə olunub.

Polis məlumatına görə, atışma iki qrup arasında baş verən münaqişə zamanı yaranıb.

DenMedia.az