Geri qayıt Çap et

Meksikada turistlərə silahlı hücum: 2 ölü

Meksikanın məşhur turistik və arxeoloji məkanı Teotihuacanda silahlı hücum baş verib. Məlumata görə, silahlı şəxs “Ay Piramidası”nın zirvəsinə qalxaraq aşağıdakı insanlara atəş açıb.

Hadisə zamanı ərazidə böyük panika yaranıb, turistlər təxliyə olunub. Təhlükəsizlik qüvvələri və ordu dərhal bölgəyə cəlb edilib.

İlkin məlumatlara əsasən, ümumilikdə 4 nəfər yaralanıb. Onlar arasında bir Rusiya, iki Kolumbiya  və bir Kanada vətəndaşı var.

Rəsmilər həmçinin 2 nəfərin öldüyünü təsdiqləyib: onlardan biri Kanadadan olan turist, digəri isə hücumun özünü həyata keçirən şəxsdir.

Hadisənin motivi hələlik məlum deyil. Hücumçunun kimliyi araşdırılır, ehtimala görə bu, planlı bir hücum ola bilər, lakin rəsmi qurumlar nəticə çıxarmaq üçün tez olduğunu bildirir.

DenMedia.az