Geri qayıt Çap et

Luizianadakı qatilin öldürdüyü uşaqların kimliyi məlum oldu

ABŞ-ın Luiziana ştatının Şrivport şəhərində baş verən dəhşətli atışmanın təfərrüatları məlum olub. The New York Post-un məlumatına görə, hadisəni törədən şəxs 31 yaşlı ABŞ ordusunun veteranı Şamar Elkins olub.

Məlumata əsasən, həyatını itirən 8 uşaqdan 7-si onun öz övladları olub. Yerli KSLA telekanalı bildirir ki, uşaqlardan biri damdan tullanaraq xilas ola bilib.

Polis qeyd edib ki, şübhəli hadisədən sonra qaçmağa cəhd edib, lakin təqib zamanı hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.

Bildirilir ki, Elkins hadisədən əvvəl sosial şəbəkələrdə uşaqları ilə fotolar paylaşırmış. O, hətta paylaşımlarından birində psixoloji problemlərlə mübarizə aparmaq üçün Tanrıdan kömək istədiyini yazıb.

Şübhəli şəxs 19 aprel səhər saatlarında şəhərin üç müxtəlif nöqtəsində atəş açdıqdan sonra qaçıb. Onun motivləri hələ də araşdırılır.

DenMedia.az