Geri qayıt Çap et

Kirayədə qalırdılar, iki uşağıda var idi- Masazırdakı 2 xalqızınının dəhşətli qətli ilə başğlı qonşular danışdılar-VİDEO

Abşeronda iki xalaqızı kirayə yaşadıqları evdə qətlə yetirilib. 

Denmedia.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.Əraziyə cəlb olunan hüquq mühafizə orqanlarının araşdırmalarına görə, öldürülən şəxslərin 39 yaşlı Pərişan Əlövsət qızı Süleymanova və 30 yaşlı Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyənləşdirilib. Qonşuların verdiyi məlumata görə, onlar xalaqızı olub və həmin hadisə törədilən mənzildə kirayədə yaşayırmış. Qadınlardan biri gecə növbəsində kafelərin birində xadimə kimi çalışırmı. Qətlin isə qısqanclıq və ailə münaqişə zəmnində törədildiyi iddia olunur.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Polis əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nizami Rəsulov

Denmedia.az