Geri qayıt Çap et

Abşeronda iki qadın öldürüldü

Abşeronda 2 nəfər qətlə yetirilib.

DenMedia.az lent.az-a istinadla xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Adları hələlik məlum olmayan 37 və 30 yaşlı qadınlar kəsici-deşici xəsarətlərlə öldürülüblər.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.