Geri qayıt Çap et

Qanunsuz silah dövriyyəsinə zərbə - Azərbaycanda əməliyyat

8 aprel tarixində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində polis əməkdaşları 2 avtomat, 1 tapança və 7 tüfəng aşkar edərək götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları qanunsuz saxlanılan odlu silah və sursatların aşkar edilməsi və götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirir.

DenMedia.az