Moskvanın qərbində yaşayış binasının qarşısında bıçaq xəsarətləri olan qız meyiti tapılıb.
Bu barədə ТАСС şəhər üzrə Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən yazır. Qurumun məlumatına görə, meyitin aşkar edildiyi Lobaçevski küçəsində istintaqçılar və kriminalistlər işləyir.
“Moskvanın Lobaçevski küçəsində yaşayış binasının yaxınlığında çoxsaylı kəsici-deşici xəsarətləri olan, zorakılıq əlamətləri daşıyan qız meyiti aşkar edilib”, — deyə İstintaq Komitəsinin şəhər üzrə idarəsində bildirilib.