Geri qayıt Çap et

Ağsuda məktəbli qardaşlara xəsarət yetirən qazi saxlanıldı

Ağsuda bıçaqlanma hadisəsi olub.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında şəhər ərazisində yerləşən orta məktəblərin birinin həyətində qeydə alınıb.

Rayon sakini 34 yaşlı Dostəli Bağırov mübahisə zamanı 11-ci sinif şagirdi R.S-ya kəsici alətlə, onun köməyinə gələn qardaşı -16 yaşlı A.S-nı isə yumruqla vuraraq xəsarət yetirib. Zərərçəkən qardaşlara tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Məlumata görə, D.Bağırov Vətən müharibəsi qazisidir.