Geri qayıt Çap et

Texasda yeniyetmə məktəbdə atəş açdı – müəllimə yaralandı

ABŞ-ın Texas ştatının Bulverde şəhərində yerləşən məktəbdə 15 yaşlı şagird atəş açıb.

Şerif ofisinin məlumatına görə, hadisə nəticəsində müəllimə güllə yarası alaraq San-Antonio xəstəxanasına çatdırılıb.

“Müəllimə şagird tərəfindən atəş nəticəsində yaralanıb”

Bildirilib ki, atəş açan yeniyetmə özü də həyatla uyğun olmayan xəsarətlər alıb və ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.