Zərdab rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 65 yaşlı Elçin Əliyev saxlanılıb. O, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli bilinir.
Bu barədə Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxsdən təxminən 8 kiloqram marixuana, tiryək, metamfetamin və psixotrop həblər aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Elçin Əliyev narkotik vasitələri Bakıya aparırmış.
Faktla bağlı cinayət işi başlanıb, şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.