Geri qayıt Çap et

Samuxda qadın bıçaqlanıb

Samuxda qadın bıçaqlanıb.

Denmedia.az -ın Report-a istinadla məlumatına görə, hadisə Əhmədbəyli kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü E.Ələkbərova ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətəkdə isə E.Ələkbərovanın oğlu, 2005-ci il təvəllüdlü R.Ələkbərov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.