Geri qayıt Çap et

Bitkoin son 12 ilin ən ağır oktyabrını yaşadı

Bitkoin oktyabr ayını 7,32 faiz ucuzlaşma ilə başa vurub. Bu, 2014-cü ildən bəri kriptovalyutanın oktyabr ayında qeydə alınan ən böyük dəyər itkisidir.

Bu barədə Coinglass portalı məlumat yayıb.

Bildirilib ki, bitkoin sonuncu dəfə 2014-cü ilin oktyabrında daha ciddi ucuzlaşaraq 12,57 faiz dəyər itirib.

Sonrakı illərdə oktyabr ayı üzrə mənfi nəticə yalnız 2018-ci ildə (4,65 faiz) və 2025-ci ildə (3,95 faiz) qeydə alınıb. Digər illərdə isə bitkoin oktyabrı bahalaşma ilə başa vurub.

2026-cı il də bitkoin üçün ciddi itkilərlə yadda qalıb. Kriptovalyuta iyunda 20,41 faiz, fevralda isə 14,79 faiz ucuzlaşıb.

Bundan başqa, yanvarda 10,16 faiz, mayda isə 3,57 faiz dəyər itkisi qeydə alınıb.

Denmedia.az