Geri qayıt Çap et

Qızıl alanların diqqətinə – Dünya bazarında qiymətlər sürətlə düşür

Dünya bazarında qızılın qiyməti kəskin aşağı düşüb.

Oktyabrın 30-da Comex birjasında qiymətli metalın dəyəri 3 faizdən çox azalıb.

Gün ərzində qızılın bir troya unsiyası 131,15 dollar ucuzlaşıb. Ticarət zamanı qiymət son bir ildə ilk dəfə 3900 dollardan aşağı düşüb.

“JPMorgan Private Bank”ın mütəxəssisləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsində gözlənilən dəyişiklik fonunda qızılın dünya bazarında daha da ucuzlaşa biləcəyini istisna etmirlər.

Denmedia.az