Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” mümkün haker hücumu ilə bağlı məlumatlar fonunda Alpha Trading platformasında ticarəti müvəqqəti dayandırıb.
Bu barədə şirkətin mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
“Hazırda həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində Alpha platformasında alqı-satqı müvəqqəti dayandırılıb. Problemlər aradan qaldırıldıqdan dərhal sonra ticarət bərpa ediləcək”, – deyə açıqlamada bildirilir.
Şirkət müştərilərin vəsaitlərinin təhlükəsiz olduğunu vurğulayıb.
“Binance” əlavə risklərin qarşısını almaq məqsədilə əməliyyatları müvəqqəti məhdudlaşdırdığını açıqlayıb. Mütəxəssislər yaranmış problemlərin aradan qaldırılması üzərində işləyirlər.
Hadisə ilə bağlı araşdırma davam edir. Platformanın fəaliyyəti problemlər həll edildikdən sonra bərpa olunacaq.