Geri qayıt Çap et

Qızıl yenidən bahalaşdı – Bir unsiya 4 200 dolları keçdi

Dünya birjalarında qızılın fyuçers qiymətlərində artım qeydə alınıb.

Birja məlumatlarına görə, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl fyuçerslərinin bir troya unsiyasının (31,1 qram) qiyməti 1,13 faiz artaraq 4 204 dollara çatıb.

Eyni birjada gümüşün qiymətində də artım müşahidə olunub.

2026-cı ilin dekabr ayı üçün gümüş fyuçerslərinin bir unsiyasının qiyməti 1,78 faiz bahalaşaraq 60,48 dollar təşkil edib.

Denmedia.az