Geri qayıt Çap et

Hörmüz boğazı ilə bağlı təklif rədd edildi — neft bahalaşdı

ABŞ Prezidenti Donald Trampın İranın münaqişənin həlli və Hörmüz boğazının açılması ilə bağlı təklifini rədd etməsindən sonra neftin qiyməti 1%-dən çox artıb.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, “Brent” markalı neft 1,27% bahalaşaraq bir barel üçün 105,64 dollara çatıb.

ABŞ-nin WTI markalı neftinin qiyməti isə 0,76% artaraq 93,11 dollar olub.

İran öz təklifini BMT Baş Assambleyası çərçivəsində təqdim edib və Qətərdəki vasitəçilər vasitəsilə ABŞ-yə çatdırıb.

Tramp isə təklifi rədd etdiyini bildirib, lakin Tehranla yeni danışıqların keçiriləcəyini gözlədiyini qeyd edib.

 Denmedia.az