Geri qayıt Çap et

Türkiyə taxıl dəhlizinin bərpası üçün hərəkətə keçdi – Ərdoğan

Türkiyə Qara dəniz vasitəsilə taxıl ixracının bərpası istiqamətində diplomatik səylərini gücləndirir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

TRT-nin məlumatına görə, Ərdoğan Qara dənizin Rusiya ilə Ukrayna arasındakı münaqişənin cəbhəsinə çevrilməməli olduğunu vurğulayıb.

Türkiyə lideri bildirib ki, Ankara bütün maraqlı tərəflərə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin bərpasının vacibliyini izah edir.

“Hazırda taxıl dəhlizinin bərpası istiqamətində səylərimizi gücləndirmişik. Bunun üçün diplomatik addımlarımızı da sürətləndiririk. Mən bu məsələni Ukrayna Prezidenti Zelenski ilə bir daha müzakirə etdim və ondan müsbət cavab aldım”, – deyə Ərdoğan bildirib.

Denmedia.az