Geri qayıt Çap et

Mercedes-Benz 800 milyon avroya qənaət etmək istəyir – İki zavod bağlana bilər

Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz əməkdaşları əlavə iş saatlarında işləməkdən imtina edəcəkləri təqdirdə ölkədəki iki zavodunu bağlaya biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə Wirtschaftswoche nəşri məlumat yayıb.

Bildirilir ki, bağlanma təhlükəsi ilə üzləşən müəssisələr minik avtomobillərinin və güc aqreqatı komponentlərinin istehsalı ilə məşğuldur.

Bundan başqa, şirkət əməkdaşlara bayram və Milad münasibətilə verilən bonusların azaldılması, eləcə də xüsusi ödənişlərin ləğvi imkanlarını müzakirə edir.

İstehsalat şurasının üzvü Mixael Şibenin sözlərinə görə, Mercedes-Benz rəhbərliyinin əsas məqsədi Almaniyadakı xərclərə təxminən 800 milyon avro qənaət etməkdir.

Denmedia.az