Geri qayıt Çap et

ABŞ-dən gələn xəbərdən sonra neft qiymətləri ucuzlaşdı

ABŞ-nin İrana zərbələri dayandırması ilə bağlı yayılan xəbərlərdən sonra dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşüb.

Bunu 27 iyul tarixli birja hərraclarının nəticələri göstərir.

Kotirovkaların dinamikasına əsasən, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 5 faizdən çox azalaraq bir barel üçün 90,4 dollara enib.

Daha sonra neft qiymətləri itkilərin bir hissəsini bərpa edib. Bakı vaxtı ilə saat 04:43-də “Brent”in bir barelinin qiyməti təxminən 91,8 dollar təşkil edib. Bu isə əvvəlki göstərici ilə müqayisədə 5,07 faizlik azalma deməkdir.

Denmedia.az