Geri qayıt Çap et

Rusiya neftini alan ölkələrə 500 faizlik rüsum təklif olunur

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini dəstəkləyəcəyi bildirilir.

CNN-in məlumatına görə, bu barədə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib.

Qanun layihəsi Rusiya neftini alan ölkələrdən ABŞ-yə idxal edilən məhsullara 500 faizədək gömrük rüsumunun tətbiqini nəzərdə tutur.

“Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini dəstəkləyəcək”, — deyə məlumatda qeyd olunub.

DenMedia.az